"Xabeişvili (Milli Hərəkat) ciddi fiqur deyil, onun açıqlamaları bizi maraqlandırmır. Heç nə baş verməyəcək. Əgər kiminsə qanunsuz addımı olarsa, buna müvafiq reaksiya veriləcək. Qoy cəsarət edib nəsə qanunsuz etsinlər", - deyə Kaladze jurnalistlərə açıqlamasında bildirib.
Tbilisi meri həmçinin müxalifət daxilində yerli özünüidarəetmə orqanları seçkilərində iştirakla bağlı yaranmış qarşıdurmaya münasibət bildirib:
"Onlar artıq bir-birinə qarşı çıxır, təhqirlər edirlər. Bu, onlar üçün adi haldır. Mən isə seçki kampaniyası çərçivəsində şəhər sakinləri ilə görüşlər keçirir, görülən və qarşıda duran layihələr barədə danışıram. Müxalifətdə fikir ayrılıqlarının olması aydındır, qoy bunu özləri həll etsinlər", - deyə Kaladze vurğulayıb.