AZ

"Vətəndaş iştirakçılığı və ictimai nəzarət gücləndirilməlidir” - Qüdrət Həsənquliyev

"Vacib məqam vətəndaşların iştirakının genişləndirilməsidir. İctimai nəzarətin həyata keçirilməsində, ictimai dinləmələrdən sonra şikayət və təklif mexanizmlərinin qanunvericilik bazasının hazırlanması, sadə, şəffaf və geriyə əlaqə sistemlərinin yaradılması, həmçinin media və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın təmin olunması vacibdir. Sözsüz ki, bu tədbirlər həyata keçirilməlidir".

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev bu gün “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində keçirilən ictimai dinləmədə bildirib. Onun sözlərinə görə, uzun illərdir ki, xaricdə təhsil almış, ixtisas sahibi, hüquq və jurnalistika sahəsində təcrübəli, beynəlxalq səviyyədə təmsil edə biləcək peşəkar kadrlara ehtiyac var. Yaxşı jurnalistlər və hüquqşünasların hazırlanması üçün maliyyə dəstəyi təmin edilməlidir. Bu sahədə təhsil alan şəxslərin hansı təsirlərə məruz qaldığı da araşdırılmalıdır:

"Qeyd edək ki, peşəkar jurnalistlərin hazırlanması vacibdir, lakin büdcədən ayrılan vəsait çox məhduddur, buna görə də bütün işləri həyata keçirmək çətindir. Pul olsaydı, ictimai iştirakçılıq tədbirləri qəsəbələrdə, ictimai nəzarət mexanizmləri ilə birlikdə, daha az bilikli insanların da iştirakı ilə həyata keçirilə bilərdi. Media ilə bağlı proseslərə nəzarət və ictimai iştirakçılıq isə çox təəssüf ki, hələlik yetərli deyil".

Deputat eyni zamanda qeyd edib ki, İctimai Şuraların fəaliyyəti də diqqət mərkəzində olmalıdır:

"Vətəndaşların təsiri, maarifçilik və müxtəlif kampaniyaların təşkili vacibdir. Könüllü şagirdlərin iştirakı və ictimai iştirakçılığın təşviqi insanların məsuliyyət hissini gücləndirir. İctimai və dövlət həyatını yalnız başqalarının idarə etməsi ilə məhdudlaşdırmaq olmaz. Hər kəs öz övladları və cəmiyyətin gələcəyi üçün məsuliyyət daşımalıdır".

 

Pərvanə Fərhadqızı

Seçilən
46
qht.az

1Mənbələr