AZ

Azərbaycan və İranda mədəniyyət günlərinin keçirilməsi haqda fikir mübadiləsi aparılıb

Bakı. Trend:

Azərbaycan və İran arasında mədəniyyət və incəsənət sahəsindəəməkdaşlığın önəmi müzakirə olunub.

Bu barədə TrendAzərbaycanın İrandakı səfirilyinə istinadən məlumat verib.

Məlumata görə, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranınmədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi iləgörüşüb.

Görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi vəmədəni bağlılığının əlaqələrin möhkəmləməsinə verdiyi töhfəvurğulanaraq, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmiqeyd olunub.

Qarşılıqlı olaraq mədəniyyət günlərinin hər iki ölkənin paytaxtvə regionlarında keçirilməsi, müştərək sərgilərin, konfransların,səfərlərin təşkil olunması, dini, tarixi-mədəni abidələrininqorunması və digər müştərək layihələrin icrası istiqamətində fikirmübadiləsi aparılıb.

Seçilən
21
7
az.trend.az

9Mənbələr