AZ

"Sabah meydana yaxşı nəticə üçün çıxacağıq" - Azərbaycan millisinin məşqçisi

Oyuna yaxşı hazırlaşmışıq. Əsas məqsədimiz komandanı düşdüyü psixoloji vəziyyətdən çıxarmaqdır.

"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan millisinin məşqçisi Rəşad Eyyubov DÇ-2026-nın seçmə mərhələsində Bakıda Ukrayna yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis yığmanın keyfiyyətli oyunçulardan təşkil olunduğunu bildirib: “Bunu meydanda göstərmək istəyirik. Sabah yaxşı nəticə üçün meydana çıxacağıq”.

Qeyd edək ki, sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Ukrayna oyunu saat 20:00-da başlayacaq.

Seçilən
53
28
unikal.az

10Mənbələr