AZ

Netanyahu nazirlərə sərt qadağa qoydu – Qəzza barədə danışmaq olmaz

İsrailin baş naziri Benyamin Netanyahu nazirlərinə xüsusi tapşırıq verib.

Musavat.com xəbər verir ki, parlament müxbiri Mixail Şemeşin “KAN Reşet-bet” radiosuna açıqlamasına görə, Netanyahu hökumət iclasında nazirlərdən Qəzza ilə bağlı mövzularda susmağı tələb edib.

Baş nazir bildirib ki, bu məsələdə nazirlərin verdiyi açıqlamalar dövlət siyasətinə zərər vurur. O, sosial şəbəkələrdə də heç bir paylaşım edilməməsini tapşırıb.

Netanyahu hər hansı ictimai çıxış və ya bəyanatın yalnız Baş nazirlik Aparatının mətbuat xidməti ilə razılaşdırıldıqdan sonra yayımlanmasına icazə verib.

Musavat.com

Seçilən
71
2
musavat.com

3Mənbələr