BAKI, 8 avqust. TELEQRAF
"Məqsədimiz Azərbaycan futbolçularının psixologiyasını yüksəltməkdir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin köməkçi-məşqçisi Rəşad Eyyubov evdə Ukraynaya qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə oyunundan öncə mətbuat konfransında deyib.
O, keyfiyyət baxımından yaxşı kollektiv olduqlarını bildirib: "İnanıram ki, komanda olaraq gücümüz, eləcə də keyfiyyətimiz yaxşı oyun göstərməyə imkan verir".
Qeyd edək ki, Azərbaycanla Ukrayna arasında keçiriləcək matç sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.