AZ

Bakıda mikravtobus qəzaya düşüb, 10-dan çox yaralı var- Yenilənib

Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən bildiririb

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

***

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un əldə etdiyi xəbərə görə, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox xəsarət alan var. Yaralılar xəstəxanaya çatdırılıb.

Fatkla bağlı araşdırma aparılır. 

Seçilən
32
6
anews.az

10Mənbələr