AZ

"Uzak şehir" başlayır - Aktyorlar yeni mövsümdən nələr dedi?

"Kanal D"nin rekord qıran serialı "Uzak şehir" 15 sentyabrda ikinci sezonu ilə geri dönür.

Musavat.com xəbər verir ki, baş rol ifaçıları Sinem Ünsal və Ozan Akbaba "Yeni mövsümə bomba kimi hazırıq" deyə serial haqqında fikirlərini bölüşüb.

"Cihan" obrazı ilə rekord qıran Ozan Akbaba yayın məhsuldar keçdiyini söyləyərək, "Bizim də dincəlmək şansımız oldu. İndi yeni mövsümə bomba kimi hazırıq. İlk mövsümdə sizi təəccübləndirən bir daha təəccübləndirəcək, sizi güldürən isə yenidən güldürəcək" - deyə əlavə edib.

Sinem Ünsal "Finalda həyəcanlı bir notla ayrıldıq və ikinci sezonda daha gözəl sürprizlər var" - deyə bildirib.

"Alya" obrazı ilə rəğbət qazanan Sinem Ünsal serialın uğurunun təsadüf olmadığını vurğulayıb:

"Layihəyə əvvəldən böyük diqqət göstərildi. Həm səhnədə, həm də çəkilişdən kənarda hamı eyni vasvasılıqla çalışdı. Səmimiyyətimiz, nizam-intizamımız və ardıcıl hekayələrimiz tamaşaçılarda rezonans doğurdu".

Ozan Akbaba tamaşaçıların böyük marağından qürur duyduğunu dilə gətirib:

"Hər kəs izləyir, hamı məlumatlandırılır. Bu, məni çox sevindirdi. İctimaiyyətin reaksiyası gözəl oldu, qürur duyuram".

Könül
Musavat.com

WhatsApp

Seçilən
31
musavat.com

1Mənbələr