“Monako”nun müdafiəçisi Erik Dayer İngiltərə millisinə çağırılmamasından təəssüflənib.
Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“İngiltərə yığmasının heyətində olmamağım hər dəfə pis edir. Son iki ildə “Bayern”in heyətində demək olar ki, hər oyunda iştirak etmişəm,
Bundesliqa çempionluğunu qazanmışam, Çempionlar Liqasının 1/4 finalına və yarımfinalına yüksəlmişəm. Hiss edirdim ki, heyətə düşmək üçün əlimdən gələni etmişəm. Amma bu, baş vermədi”.
Dayer bu ilin iyul ayında azad agent kimi “Monako”ya keçib. O, bu mövsüm 3 oyunda iştirak edib və 1 qol vurub.