AZ

Səfir Rusiya qazının İrana tədarükünün başlama tarixini açıqlayıb

İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib ki, Rusiya qazının respublikaya nəqlinin ilk mərhələsi bir neçə aydan sonra başlayacaq. O, həmçinin əlavə edib ki, iki ölkənin nümayəndələri gələn həftə yanacağın qiymətlərini müzakirə edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

"Gələn həftə Rusiyanın energetika rəsmiləri qaz idxalı məsələsinin müzakirəsini başa çatdırmaq üçün Tehrana gələcəklər. Qiymətdən başqa bütün məsələlər artıq həll olunub", - Kazem Cəlali bildirib.

Səfirin qeyd etdiyi kimi, qaz təchizatının ikinci və üçüncü mərhələlərinin işə salınması üçün əlavə infrastruktura ehtiyac var. Rusiya tərəfi onun yaradılmasına sərmayə qoyacaq.

Rusiya Azərbaycandan keçəcək boru kəməri ilə İrana qaz tədarük edəcək. Təchizat həcmi ildə 1,8 milyard kubmetr təşkil edəcək.

Seçilən
65
ikisahil.az

1Mənbələr