AZ

Rusiya enerji sisteminə HÜCUM EDİB

Ukrayna Energetika Nazirliyi Rusiya ordusunun ölkənin enerji infrastrukturuna hava hücumu təşkil etdiyini açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, nazirliyin “Telegram” hesabındakı paylaşımda Kiyev bölgəsində yerləşən istilik elektrik stansiyalarından birinin güclü bombardmana məruz qaldığı bildirilib: 

“Rusiya Ukraynanın enerji sisteminə hücum edib”. Hadisə yerində axtarış-xilasetmə qruplarının və mütəxəssislərin hücumun nəticələrini aradan qaldırmaq üçün iş apardıqları vurğulanıb. “Vəziyyəti ən qısa zamanda sabitləşdirmək üçün əlimizdən gələni edirik”, – deyə məlumatda qeyd olunub.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının Telegram hesabında yayımlanan açıqlamada Rusiya ordusunun hava hücumu ilə bağlı əlavə məlumat verilib. Bildirilir ki, ruslar gecə boyunca Ukraynanın müxtəlif bölgələrinə ümumilikdə 142 pilotsuz uçuş aparatı (PUA) göndərib, onlardan 112-si vurulub və ya zərərsizləşdirilib. 

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının eyni sosial media hesabında yayımlanan başqa bir açıqlamada cəbhədəki son vəziyyətlə bağlı məlumat verilib. Açıqlamada Ukrayna ordusunun Donetsk bölgəsində yerləşən Zareçnoye yaşayış məntəqəsində nəzarəti yenidən ələ keçirdiyi bildirilib. 

Seçilən
115
cebheinfo.az

1Mənbələr