Memfis Depay Litva ilə DÇ-2026 seçmə oyununda millidə rekorda imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, “Korintians”lı hücumçu 104-cü oyununda 51-ci qolunu vurub və oyunun 63-cü dəqiqəsində dubla edib.
Bu nəticə ilə Depay Niderlandın millidə ən çox qol vuran oyunçusu olub, Robin van Persini (50 qol/102 oyun) geridə qoyub.