AZ

Özəl turizm agentliyi qismində fəaliyyət göstərən şirkətlər barədə cinayət işi açılıb

Bakı. Trend:

Özəl turizm agentliyi qismində fəaliyyət göstərən “JOY TOUR” və“JOY TRAVEL” məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəlişəxslərinin qanunsuz əməllərinə dair Bakı şəhəri Xətai rayonprokurorluğuna çoxsaylı müraciətlər daxil olub.

Trend xəbərverir ki, həmin müraciətlər əsasında aparılmış araşdırmalarlamüəssisənin təsisçisi İlyasov Rəşad İsgəndər oğlunun öz qulluqmövqeyindən qulluq mənafeyinin ziddinə istifadə edərək müxtəlifxarici ölkələrə səyahət etmək üçün tur paketlərinin vəaviabiletlərin alınması məqsədilə müəssisəyə müraciət edən 20-dənartıq şəxsdən aldatmaqla və etibardan sui-istifadə etməklə pulvəsaitlərini alaraq şəxsi ehtiyaclarına sərf edib dələduzluqetməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Azərbaycan Respublikası CinayətMəcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4(dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri iləcinayət işi başlanıb.

Rəşad İlyasov həmin maddələrlə təqsirləndirilən şəxs qismindəcəlb edilərək müstəntiqin vəsatəti və ibtidai araşdırmayaprosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasındaməhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiriseçilib.

Hazırda ibtida istintaq çərçivəsində “JOY TOUR” və “JOY TRAVEL”məhdud məsuliyyətli cəmiyyətlərində baş vermiş hüquqpozmalarnəticəsində vurulmuş maddi ziyanın və həmin hüquqpozmalara məsulşəxslərin müəyyən edilməsi məqsədi ilə müəssisələrinmaliyyə-təsərrüfat fəaliyyətinin kompleks yoxlanılması üçün auditoryoxlaması təyin edilməklə icrası Azərbaycan RespublikasınınAuditorlar Palatasına tapşırılıb və müvafiq yoxlamalarınnəticəsindən asılı olaraq baş vermiş cinayətin bütüniştirakçılarının ifşa və məsuliyyətə cəlb olunması təminolunacaq.

Bununla əlaqədar, təqsirləndirilən şəxsin qanunsuz əməllərinəməruz qalmış vətəndaşlardan Bakı şəhəri Xətai rayon prokurorluğunamüraciət etmələri xahiş olunur.

Seçilən
9
25
az.trend.az

10Mənbələr