AZ

Avropada çəkilmiş ilk tammetrajlı Azərbaycan filmi TƏQDİM OLUNUB - FOTOLAR

2025-ci il sentyabrın 3-də "Park Cinema"nın "Flame Towers" filialında Avropa Birliyində çəkilmiş ilk tammetrajlı Azərbaycan filmi olan “Görüşənədək”in təqdimatı baş tutub. 

"Cebheinfo.az" xəbər verir ki, azərbaycanlılar tərəfindən istehsal olan bu mənalı film sənət ictimaiyyəti tərəfindən xüsusi maraqla qarşılanıb.

Tədbirdə rejissorlar, aktyorlar, ssenaristlər, rəssamlar, 3D animatorlar, müəllimlər, teatr və musiqi xadimləri də daxil olmaqla müxtəlif sahələrdən yaradıcı şəxslər iştirak ediblər. 

Təqdimatda filmin rejissoru və ssenari müəllifi Nazim Aqşın Musabəyli çıxış edərək filmin ərsəyə gəlməsi, yaradıcı proses və üzləşdikləri çətinliklər barədə məlumat verib. O, bu filmi yerli kinematoqrafiya üçün önəmli bir mərhələ kimi qiymətləndirib və incəsənət xadimlərini Avropa səviyyəli layihələrin ərsəyə gəlməsinə dəstək olmağa çağırıb. 

Film tamaşaçılar tərəfindən birmənalı şəkildə müsbət qarşılanıb. 

Təqdimatdan sonra izləyicilərin rəyində çox bu fikirlər səslənib: 

“Gözləntimizdən qat-qat daha yaxşı idi”, “Film çox maraqlı və mənalı idi.”

“Görüşənədək” filmi yalnız Park Cinema kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Seçilən
10
5
cebheinfo.az

6Mənbələr