Azərbaycan millisinin məşqçisi Rəşad Eyyubov DÇ-2026-nın seçmə mərhələsinin Ukraynaya qarşı keçiriləcək görüş haqda danışıb.
QOL.az xəbər verir ki, o, matçdan öncə təşkil olunan mətbuat konfransında deyib:
"Məşqimizi plana uyğun keçirmişik. Qısa müddətdə əsas işimiz əhval-ruhiyyəni yüksəltməkdir. Nə dərəcədə alındığını sabah görəcəyik. Keyfiyyət baxımından futbol kollektiv oyundur. Fikirləşmirik ki, bir oyunçu çıxıb qeyri-adi nəsə edəcək. İnanıram ki, yaxşı oyun göstərmək üçün gücümüz, keyfiyyətimiz var".
Qeyd edək ki, Azərbaycan yığması sabah Bakıda Ukraynanı qəbul edəcək. Komandanı oyuna baş məşqçi kimi Ayxan Abbasov çıxaracaq.