AZ

Azər Allahverənov: “İctimai nəzarətin həyata keçirilməsi üçün hüquqi baza təkmilləşdirilməlidir”

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Azər Allahverənov bu gün “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində keçirilən ictimai dinləmədə çıxış edib.

Deputat bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi ilə birbaşa bağlıdır:

“İctimai nəzarət dedikdə biz yalnız qanunvericiliyin imkan verdiyi çərçivədə deyil, eyni zamanda ideoloji və konseptual səviyyədə də yanaşmanı nəzərdə tutmalıyıq. Bu prosesin həyata keçirilməsi üçün bir neçə vacib amil mövcuddur. Əvvəla, ictimai şuraların fəaliyyətinə etimadın artırılması, onların cəmiyyətlə daha sıx işləməsi mühüm şərtdir. Digər tərəfdən, ictimai iştirakçılıq mexanizmlərinin genişləndirilməsi, ictimai sorğuların keçirilməsi və sosial media üzərindən ictimai rəyin formalaşdırılması vacib məsələlərdəndir”.

Azər Allahverənov həmçinin beynəlxalq təcrübəyə toxunaraq qeyd edib ki, Türkiyədə ictimai nəzarət institutları daha müstəqil şəkildə fəaliyyət göstərir və büdcələrini dövlət dəstəyindən kənar mənbələr hesabına formalaşdıra bilirlər. Onun sözlərinə görə, bu təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiqi faydalı ola bilər.

Deputat çıxışının sonunda əlavə edib:

“İctimai nəzarətin səmərəli həyata keçirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var. Milli Məclisin payız sessiyasında bu istiqamətdə müzakirələr aparılacaq və yeni təkliflər nəzərdən keçiriləcək”

Seçilən
60
qht.az

1Mənbələr