AZ

Tanınmış aktrisa nişanlandı – VİDEO

Türkiyənin tanınmış aktrisası Sevda Erginci nişanlanıb.

Bizim.Media “Hürriyet”ə istinadən xəbər verir ki, aktrisanın uzun müddətdir münasibəti olduğu memar-dizayner Efe Saydut ilə Mardin şəhərində nişan mərasimi keçirilib.

Gecədə cütlüyün ailələri, yaxın dostları və həmkarları iştirak edib.

Qeyd edək ki, S. Erginci “Yasak elma”, “Karagül”, “Sevgili geçmiş”, “Hayat bazen tatlıdır” seriallarında rol alıb.




Bizim.Media

Seçilən
59
2
bizim.media

3Mənbələr