Bakı. Trend:
FIBA Avropa çempionatının (EuroBasket 2029) ilkin təsnifatmərhələsinin püşkatma mərasimi keçirilib.
Basketbol Federasiyasından Trend-ə bildirilib ki, püşkün nəticəsinə əsasən,Azərbaycan yığması A qrupunda mübarizə aparacaq.
Bu qrupda rəqiblər Şimali Makedoniya, Lüksemburq və İrlandiyaolacaq.
Ümumilikdə turnirdə 3 qrup formalaşdırılıb. B qrupundaBolqarıstan, Ermənistan və Norveç, C qrupunda isə Slovakiya,Albaniya və Kosovo yer alıb.
A qrupunda komandalar ev və səfər prinsipi ilə ümumilikdə 6 oyunkeçirəcəklər. B və C qruplarında isə hər komanda 4 oyunaçıxacaq.
Sonda hər qrupun qalibi növbəti mərhələyə birbaşa vəsiqəqazanacaq. Bundan əlavə, ikinci yerlərdən birini tutan ən yaxşıgöstəriciyə malik komanda da mübarizəni davam etdirmək hüququ əldəedəcək.