AZ

FAO 2025/26 məhsul ilində rekord qlobal taxıl məhsulunu proqnozlaşdırır

Finss.az xəbər verir ki, birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2025/26 məhsul ilində (iyul-iyun) dünya taxıl yığımı proqnozunu rekord səviyyəyə - 2 milyard 961 milyon tona yüksəldib. FAO-nun icmalına əsasən, bu, iyulda proqnozlaşdırılandan 35,6 milyon ton və ötən mövsümün məhsulundan 3,5% çoxdur. Proqnoz artımı qaba taxıl məhsulunun yaxşılaşdırılması perspektivləri ilə bağlıdır. “Yuxarıya doğru yenidən işlənmiş proqnoza görə, dünya qaba taxıl istehsalı 1 milyard 601 milyon tona çatacaq ki, bu da iyul ayı ilə müqayisədə 36,1 milyon ton, keçən məhsul ilindən isə 88,6 milyon ton (5,9%) çoxdur”, - icmalda deyilir. Bu düzəliş, ilk növbədə, ABŞ-da qarğıdalı istehsalının əhəmiyyətli dərəcədə artması ilə izah olunur. Bundan əlavə, Braziliya və Meksikada qarğıdalı məhsulu proqnozları artırılıb. Bu arada, AB məhsul təxminləri quraq hava səbəbindən aşağı salınıb.

Seçilən
206
fins.az

1Mənbələr