Mən burada ötən ilin payızında olmuşam və təəssüratlarım heç də azalmır, əksinə, yadıma düşdükcə yenidən Çin mədəniyyətinin canlı hiss etmək istəyirəm...
Hafta.az yazır ki, bir ventilyator, şişlərin cızıldadığı qrildən səs-küylü tüstü buludlarını çıxarır. Ölkənin hər yerindən gələn müştərilər öz yeməklərindən ləzzət alır, Çinin şimal-şərqindən və digər bölgələrindən çin, qazax, rus və sair dialektlər eşidilir.
Saat 22.00-da Pekin sakinləri artıq yatmağa hazırlaşır, Çinin ən qərbində yerləşən Xorqosda (Sincan-Uyğur Muxtar Bölgəsi) isə gecə həyatı təzəcə başlayır.
Neon lövhələr işıqlandırılır və Xorqosdakı Binhelu Piyada küçəsi boyunca müxtəlif ölkələrdən insanlar gəzişir. Təxminən 500 metr uzunluğunda olan qısa piyada küçəsinin yarısı marketlər və yarıyemək meydançasından ibarətdir. Mağazaların rəflərində ölkənin hər tərəfindən gətirilmiş müxtəlif mallar təklif olunur: papaqlar, eynəklər, hoverbordlar, audio avadanlıqlar, saatlar, fasya masajçıları və sir.
Çinin şimal-şərqindən Vanq Ley 2019-cu ildə istehlak malları üzrə ixtisaslaşaraq bazarda alışveriş etmək üçün Xorqosa gəlib. O vaxtdan o, təkbaşına rus dilini öyrənib, indi xaricdən gələn müştərilərlə rusca sərbəst ünsiyyət qura bilir. Zhejyanq əyalətindən Lyu Xironq cütlüyü bu yaxınlarda bura gəlib və yataq dəstləri satır, Qazaxıstandan olan müştəri ilə kalkulyatordan istifadə edərək bazarlıq edir.
Qazaxıstanlı yük maşını sürücüsü Aleksandr Astana və Qazaxıstanın digər şəhərlərinə faraş meyvə-tərəvəz və gül daşımaq üçün hər ay Xorqos şəhərinə gəlir. “Artıq 5 ildir ki, Qazaxıstanla Çin arasında səyahət edirəm, hər dəfə maşın yüklənincə müəyyən boş vaxtım olur ki, onda bu piyada küçəsinə gəlirəm, özüm və yaxınlarım üçün sovqat alıram. Seçim böyükdür, qiymətlər isə çox ucuz”, - o, yenicə aldığı yastığı qoltuğunun altına tutub köynək seçir. “İndi Qazaxıstanla Çin arasında vizasız rejim var, ona görə də səyahət daha da asanlaşıb”, - gözlərini köynəklərdən ayırmadan əlavə edir.
47 yaşlı Amantay Qazaxıstanın Almatı şəhərində bələdçi işləyir, amma boş vaxtlarında dostları ilə Çinə gəlməyi də unutmur. “Çində Han, Qazax və Xibe dostlarım var və bu dəfə birlikdə vaxt keçirmək üçün onlara baş çəkəcəyəm” deyən Amantay əlavə edir ki, bu il Xorqosda çoxlu qazax var və Almatıda da çinli turistlərin sayı da 30 faiz artıb. Hətta bu il turizm biznesi indiyə qədərki ən yüksək səviyyədədir” o deyir.
Yaxınlıqdakı restorandan dinamik Sincan üslublu musiqi eşidilir və pivə qədəhləri cingildəyir. Piyadalar üçün nəzərdə tutulmuş küçənin digər yarısı müxtəlif qastronomik ləzzətlərə malik yeməkxanalarla doludur: burada şimal-şərq üslubunda köftələr, ölkənin şimal-qərb bölgəsindən Şensi əriştələri, Koreya qızardılmış toyuq əti və Qansu əyalətindən (Şimal-Qərbi Çindən) ədviyyatlı güveç var. Amma ən çox yerli ləzzətli yeməklər nəzərə çarpır: şaşlıq, soyuq əriştə və “dapanzi” (tərəvəz və əriştə ilə qızardılmış toyuq).
Müxtəlif ölkələrdən gələn səyahətçilər birlikdə oturub söhbət edir, axşam mehindən həzz alırlar. Kimisi çubuqla, kimisi çəngəllə əriştə yeyir, amma stəkan cingiltisi ənənəsi eynidir: buz kimi soyuq pivə bir qurtumla içilir. Xorqos şəhərinin Karasu Rayon Hökumətinin rəsmisi Zhao Donq, “Bu piyada küçəsi əvvəlcə yerli sakinlərin istehlak ehtiyaclarını ödəmək üçün bir “bit bazarı” idi. Son iki ildə yerli və xarici turistlərin artması Çinin hər yerindən tacirləri cəlb etdi. Hazırda burada 340-a yaxın köşk var və bu yerlərə gündəlik oteldə qalan əcnəbi sayı 200-i ötüb” deyib.
Keçmişdə Xorqos şəhərinin yalnız köhnə sərhəd keçid məntəqəsinin qarşısında “sonuna yarım saatdan az müddətdə çatmaq mümkün olan” əsas küçə vardı. Gecə sərhəd-keçid məntəqəsində çox sakitlik hökm sürürdü. Son iki ildə azad ticarət zonasının tikintisi və vizasız rejimin tətbiqi bu kiçik sərhəd şəhərciyinə can verib.
Sənaye və ticarət sahələrində tikinti gedir, müxtəlif ölkələrin dövlət nömrə nişanlı avtomobilləri yollarda dayanmadan hərəkət edir. Son statistik məlumatlara görə, bu il sentyabrın 1-nə hər iki istiqamətdə “Xorqos” keçid məntəqəsindən keçən sərnişinlərin sayı 1 milyon 80 min nəfəri nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,7 faiz çoxdur. Bu onu göstərir ki, regionun xaricə açılması prosesi getdikcə genişlənir...