AZ

Smotriç: "Muxtariyyət ləğv olunmalıdır"

Bu sözləri İsrailin maliyyə naziri Betsalel Smotriç özünün "X" hesabındayazıb.O, Qüds şəhərində baş verən silahlı hücuma münasibət bildirərək, hökuməti Fələstin Muxtariyyətinin ləğvinə çağırıb.

"Fələstin xəritədən silinməli, terrorçuların məskunlaşdıqları kəndlər Rəfəh və Beyt-Hanunun (Qəzza zolağındakı dağıdılmış şəhərlər – red.) gününə düşməlidir",– nazir vurğulayıb.

Xatırladaq ki, bu gün Qüds şəhərinin şimalında terror hadisəsi meydana gəlib. Nəticədə5 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.Hücumu həyata keçirən iki terrorçu hadisə yerində zərərsizləşdirilib. Məlumata görə, onlar İordan çayının qərb sahilinin sakinləridirlər.

Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı hücumu "alqışlasa da", məsuliyyəti öz üzərinə götürməyib.

Firudin Həmidli
AzVision.az
Seçilən
51
2
azvision.az

3Mənbələr