AZ

İqtisadi çətinliklər Rusiyanı buna məcbur etdi

Çin Moskva ilə münasibətləri gücləndirmək məqsədilə böyük Rusiya enerji şirkətlərinə yenidən panda istiqrazı bazarını açır.

Publika.az xəbər verir ki, bu addım Qərb sanksiyaları fonunda Rusiyaya mühüm maliyyə alternativi yaradacaq.

Üst səviyyə mənbələrə görə, ötən ay Quançjouda keçirilən görüşdə Çin maliyyə qurumları Rusiya enerji şirkətlərinin yuanla istiqraz buraxmasına razılıq verib. Bu, 2022-ci ildə Ukraynaya hücumdan sonra Çində təşkil olunacaq ilk Rusiya maliyyə fon yığımı olacaq. Həmçinin 2017-ci ildə “Rusal”ın buraxdığı istiqrazlardan sonra Çin materik bazarında ilk açıq Rusiya borc aləti hesab ediləcək.

Keçən həftə Pekində görüşən Vladimir Putin və Si Cinpin münasibətlərin tarixi zirvədə olduğunu vurğulayıblar. Elə bu fonda “Sibirin Gücü-2” qaz kəməri layihəsində razılaşma əldə olunub. Analitiklərə görə, “Qazprom”un həyata keçirəcəyi layihə qlobal enerji balansını dəyişə bilər.

Seçilən
60
publika.az

1Mənbələr