Dəhşətli qəza- SÜRÜCÜ ÖLDÜ
Ajans.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “XCMG” markalı traktor dərəyə aşıb, 1 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 