Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşla yolların ayrılmasından artıq xəbərdarsız.
Bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib.
"Bu gün AFFA-nın İcariyyə Komitəsinin qərarı ilə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi".
Fernandu Santuş ötən ilin yayında millimizin baş məşqçisi postuna təyin olunmuşdu.
Hər şey bir neçə saatın içində həll olunub. AFFA mənsublar ölkə çapında daha üst instansiya ilə məsləhətləşəndən, razılıq alandan sonra Santuşun müqaviləsinə birtərəfli qaydada xitam verib.
Proses ağrısız ötüşməyib. Portuqaliyalıya kompensasiya ödəniləcəyi dəqiqdir.
Məbləğ? Sabiq «Beşiktaş»lı təzminat alacaq, özü də yüksək məbləğdə.
Müqaviləsi 2028-ci ildə bitməli olan Santuş 4,5 milyon dollar tələb edirdi, tərəflər 4 milyon dollar civarında bir rəqəmə əl sıxışıb.
SPORTİNFO.AZ