AZ

Nəsirli "Şəfa"nın düşərgəsindən ayrıldı - SƏBƏB

1-ci Liqa təmsilçisi "Şəfa"nın sıralarında olan, bakılıların Qəbələ toplanışına da aparılan hücumameyilli yarımmüdafiəçi Ramin Nəsirli iki gün öncə komandanın düşərgəsini tərk edib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, təxminən 1 il futboldan uzaq qalan 22 yaşlı oyunçunun performansı baş məşqçi Elgiz Kərəmlini qane etsə də, tərəflər müqavilə şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.

Nəsirlinin yeni mövsümə harada başlayacağı indilik qeyri-müəyyəndir. Belə ki, o, klub rəhbərliyinin təklif etdiyi məvacib qarşılığında "Şəfa"da oynamağa razılaşacağı halda, yenidən komandaya qayıda bilər.

Xatırladaq ki, "Şəfa" ötən mövsüm 2-ci Liqada 2-ci yeri tutaraq 1-ci Liqada oynamaq hüququ qazanıb.

Nihat

Seçilən
73
1
fanat.az

2Mənbələr