AZ

Netanyahu terror aktının baş verdiyi əraziyə gedib

İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə baş verən terror aktının törədildiyi əraziyə gedib.

APA xəbər verir ki bu barədə İsrail mediası məlumat yayıb.

Netanyahu ölkəsinin terrora qarşı güclü müharibə apardığını bildirib.

“Terrora qarşı bütün cəbhələrdə güclü mübarizə gedir. Biz indi terrorçuların gəldiyi kəndləri araşdırır və mühasirəyə alırıq. İki terrorçu – hər ikisi İordan çayının qərb sahilindəki fələstinlilər, Ramallahın cənub-şərqində yerləşən Qətənnə və Əl-Qubeybə şəhərlərindəndirlər”, – Netanyahu vurğulayıb.

Baş nazir, eyni zamanda, Qəzza zolağında döyüşlərin davam etdiyini və bütün girovların azad ediləcəyini bildirib:


“Qəzza zolağında döyüşlər davam edir. İsrail HAMAS-ı söz verdiyimiz kimi məhv edəcək və girovlarımızı – bütün girovlarımızı azad edəcək”.

Netanyahu terror aktı nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, yaralıların isə tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, bu gün səhər Yerusəlimdə baş verən terror hücumu nəticəsində beş nəfər ölüb, 11 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. İsrail mediasının məlumatına görə, hücumu törədən iki nəfər zərərsizləşdirilib.

Seçilən
103
3
apa.az

4Mənbələr