AZ

Emin pərəstişkarlarını həyəcanlandırdı  - Video

Xalq artisti Emin Ağalarov şəxsi sosial media hesabında yeni paylaşımı ilə diqqət çəkib.

Musavat.com-un məlumatına görə, sənətçi yeni mahnısından qısa bir fraqment yayımlayaraq studiya prosesinin intensiv davam etdiyini bildirib.

Sənətçi paylaşımına belə qeyd düşüb:

“İndi biz studiyada Kostey ilə çox işləyirik, yeni ingilis dilində mahnı olacaq, amma mahnı bir olmayacaq. Fraqmenti necə, bəyənirsiniz?”

Bu açıqlama Eminin bir deyil, bir neçə ingiliscə treki eyni vaxtda hazırladığını göstərib. Paylaşımda təqdim olunan qısa səs yazısı isə layihələrin daha dinamik və müasir səs palitrası üzərində qurulduğu barədə təsəvvür yaradıb.

Paylaşım qısa müddətdə izləyicilər arasında böyük maraq doğurub; pərəstişkarlar yeni materialların nə zaman təqdim ediləcəyi, eləcə də “Bones”la əməkdaşlığın hansı üslubda reallaşacağı barədə suallar yönəldiblər.

 

Könül
Musavat.com

Seçilən
75
musavat.com

1Mənbələr