AZ

İsraildə küçədə insanlara silahlı hücum olub: Ölənlər və yaralananlar var

Qüdsün şimal-qərbində yerləşən Ramot bölgəsində iki silahlı şəxsin sərnişin avtobusuna daxil olaraq insanlara atəş açması nəticəsində beş nəfər həyatını itirib.

Bu barədə "The Times of Israel" məlumat yayıb.

Qeyd olunur ki, silahlı hücum nəticəsində yeddi nəfər ağır yaralanıb.

Rəsmilər isə iki terrorçunun zərərsizləşdirildiyini bildiriblər.

12:48

Qüdsün şimal qərbində yerləşən Ramot bölgəsində silahlı insident baş verib.

7News.Az İsrail KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər yaralanıb.

Xəsarət alanlardan altısının vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, silahlı hücumu iki nəfər törədib və onlar hadisə yerində zərərsizləşdiriliblər.
 

 


Seçilən
11
7news.az

1Mənbələr