AZ

Azərbaycan İran və İsraillə qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əlaqələr qurur – Elçin Əmirbəyov

Bakı. Trend:

7 sentyabr 2025-ci il tarixində Azərbaycan RespublikasıPrezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir ElçinƏmirbəyov “I24 News” televiziya kanalının fransız redaksiyasınamüsahibə verib.

Trend-inməlumatına görə, o, jurnalist Kristian Maların Azərbaycan vəErmənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşününCənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalqmüstəvidə oynadığı vasitəçi rolu, habelə bəzi beynəlxalq məsələlərədair suallarını cavablandırıb.

E.Əmirbəyov bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpaetdikdən sonra hər zaman çoxşahəli, praqmatik və milli maraqlarasöykənən xarici siyasəti yürüdüb və digər ölkələrlə, o cümlədənİran və İsraillə qarşılıqlı hörmət, suverenlik və qarşılıqlımaraqlara əsaslanan ikitərəfli əlaqələr qurur:

“Bizim məqsədimiz bu ölkələr arasında fikir müxtəlifliyikontekstində tərəf tutmaq deyil, əksinə konstruktiv rol oynamaq vəmümkün olduğu təqdirdə, onların bir-birlərini qarşılıqlı şəkildəanlamasına töhfə verməkdir. Biz qətiyyətlə inanırıq ki, regionalgərginliklər dialoqa mane olmamalıdır və gizli diplomatiya bəzənyumşalmaya doğru gözlənilməz yollar aça bilər. Biz, məhz bu ruhda -ehtiyatlı, tarazlı və məsuliyyətli şəkildə hərəkət edirik”, - deyəo qeyd edib.

Müsahibə ilə bu keçiddən ətraflı tanış olmaq mümkündür.

Seçilən
37
3
az.trend.az

4Mənbələr