AZ

Kamran Əliyev Sinqapura səfər edib

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Sinqapura işgüzar səfərə gedib.

Operativ Media xəbər verir ki, tədbir çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi o cümlədən süni intellektdən istifadə imkanları,  prokurorluq orqanları arasında kiber cinayətkarlıqla mübarizə üsulları, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və bu kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.

Keçirilən tədbirlərdə Azərbaycanın İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev iştirak edir.

Seçilən
24
17
operativmedia.az

10Mənbələr