AZ

Almaniyada əhaliyə çağırış: “Hərbi münaqişəyə hazırlıq kimi hazır yeməklər toplayın”

Almaniyada əhalini potensial hərbi münaqişəyə hazırlıq tədbirləri fonunda milli ehtiyatlara daha çox hazır yeməklərin daxil edilməsinə çağırıblar.

Herbiand.az bildirir ki, bu barədə The Washington Post xəbər verir.

Belə ideya Almaniyanın kənd təsərrüfatı və ərzaq naziri Alois Rayner tərəfindən irəli sürülüb. Belə ki, bu cür qidaları istifadə etmək üçün sadəcə olaraq qızdırmak kifayət edir. Belə məhsullara, xüsuslə konservləşdirilmiş qidalar aiddir.

“Mənim üçün vacibdir ki, hərbi texnikanın tədarükü ilə yanaşı, ərzaq təhlükəsizliyi də böyük rol oynayır”, - Rayner vurğulayıb.

Onun planının həyata keçirilməsi 105 milyon dollara başa gələcək.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
25
herbiand.az

1Mənbələr