"Beşiktaş" heyətini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, "qara qartallar" "Real Madrid" forması geyinən Raul Asensio ilə yaxından maraqlanır.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, İstanbul klubu 22 yaşlı müdafiəçi üçün Madrid təmsilçisinə təklif göndərib. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Raul Asensio "Real"ın yetirməsidir.
Yamal Türkiyədə pasportunu itirib - VİDEO
PSJ-də ayrılıq
Motta Bundesliqa klubuna rəhbərlik edə bilər
“Arsenal”ın heyətində CİDDİ İTKİ
Premyer Liqa klubunda yeni müqavilə