AZ

Azərbaycan vətəndaşı olmaq üçün müraciət edənlərin sayı AÇIQLANDI – ÖZƏL

2024-cü ildə 298 nəfər Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan vətəndaşlığına qəbul olunub.

Bəs cari il neçə əcnəbi Azərbaycan vətəndaşı olmaq üçün müraciət edib?

Dövlət Miqrasiya Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il 212 nəfər vətəndaşlıq əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib.

“Cari ilin 7 ayı ərzində Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi ilə bağlı 15 ölkə vətəndaşı tərəfindən 212 müraciət daxil olub”.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
44
1
bizim.media

2Mənbələr