AZ

Gecəyarısı gizli görüş - Baş katib onu çağırıb deyib ki…

Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçisi postundan getməsi bir neçə saat öncə dəqiqləşdi.

AFFA ötən ilin yayında sükan arxasına keçən portuqaliyalı ilə müqaviləyə xitam verdi.

Millimiz sabah Ukrayna ilə dünya çəmpionatının seçmə mərhələsinin qarşılaşmasına Ayxan Abbasovun rəhbərliyi altında çıxacaq.

Əldə etdiyimiz məlumata görə, bu müvəqqəti təyinat dünən gecə saatlarında baş tutub.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev saat 23:00 radələrində U-21-in çalışdırıcısını təcili görüşə çağırıb və onunla mövcud durumla bağlı vəziyyəti çatdırıb.

Santuşun qalmasının artıq mümkün olmadığını, komandadaxili ab-havanın tamamilə korlandığını bildirib, xahiş edib ki, bu məsuliyyəti 1 oyunluq da olsa, öz üzərinə götürsün.

Abbasov çox düşünmədən, elə görüş əsnasında Fərəcullayevin təklifinə müsbət razılıq verib.

SPORTİNFO.AZ

Seçilən
1
sportinfo.az

1Mənbələr