Bakı. Trend:
7 sentyabr 2025-ci il tarixində Azərbaycan RespublikasıPrezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir ElçinƏmirbəyov “I24 News” televiziya kanalının fransız redaksiyasınamüsahibə verib.
Trend-inməlumatına görə, o, jurnalist Kristian Maların Azərbaycan vəErmənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşününCənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalqmüstəvidə oynadığı vasitəçi rolu, habelə bəzi beynəlxalq məsələlərədair suallarını cavablandırıb.
E.Əmirbəyov jurnalistin “Dünya getdikcə daha çox çalxalanır.Üçüncü dünya müharibəsinin astanasında olduğumuzdanqorxmursunuzmu?” sualını belə cavablandırıb:
“Narahatlığınız başa düşüləndir və çoxları da eyni qorxunuyaşayır. Doğrudur ki, dünya yüksək gərginlik dövrünü yaşayır.Bununla belə, qorxuya boyun əyməkdənsə, dialoqu, çoxtərəfliliyi vəqabaqlayıcı diplomatiyanı gücləndirmək üçün səylərimizi ikiqatartırmalıyıq. Tarix bizə öyrədib ki, böyük böhranlar həm dəəməkdaşlıq tərzimizə yenidən baxmağımız üçün fürsətə çevrilə bilər.Buna görə də, eskalasiyanın qarşısını almaq və sülhü qorumaq üçünmüdrik, ehtiyatlı və qətiyyətlə hərəkət etmək bizim kollektivməsuliyyətimizdir.
Müsahibə ilə bu keçiddən ətraflı tanış olmaq mümkündür.