AZ

Mahir Emreli: Özümüzü hər şeyə hazırlamalıyıq

Azərbaycan millisi sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna yığmasını qəbul edəcək.

Publika.az xəbər verir ki, oyundan bir gün əvvəl mətbuat konfransı keçirilib. Konfransda milli komandanın hücumçusu Mahir Emreli də iştirak edib.

Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən Emreli sabah onları ağır oyun gözlədiyini bildirib:

“Sabah bizi ağır oyun gözləyir. Rəqib haqda çox danışmağa ehtiyac yoxdur, usta futbolçuları var. Onlar da yüksək motivasiya ilə gəliblər. Biz də öz növbəmizdə, əlimizdən gələni edəcəyik ki, İslandiya matçını unutduraq.

Bu məğlubiyyət hamıya təsir edir, hazırlıq prosesinə mane olur. Dünənki oyunlardakı nəticələri də gördünüz. Psixoloji cəhətdən tez bərpa olmaq lazımdır. Sabahkı oyuna tam hazır olmalıyıq.

Seçilən
60
publika.az

1Mənbələr