AZ

SON DƏQİQƏ: İki futbolçu millidən ayrıldı

Azərbaycanın əsas millisində ayrılıqlar yaşanıb.

Xəyal Əliyevlə Şahin Şəhniyarov komandanı tərk edib.

Hər iki futbolçu Fernandu Santuşu əvəzləyən Ayxan Abbasovun istəyi ilə U-21 millisinə qoşulacaq.

Səbəb Xəyalla Şahinin beynəlxalq oyunlarda daha çox şans və təcrübə qazanmasıdır.

Yeni baş məşqçi yaxından tanıdığı futbolçuların A millidə ehtiyat oyunçular skamyasında əyləşməsindənsə, U-21-də “11-lik”də yer almalarını məqsədəuyğun sayıb.

Azərbnaycan millisini sentyabrın 9-da, saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna millisi ilə qarşılaşacaq.

U-21 millimiz isə həmin gün, saat 18:00-da “Liv Bona Dea Arena”da Bolqarıstandan olan həmyaşıdlarını qonaq edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
0
sportinfo.az

1Mənbələr