AZ

Velosiped yarışı faciə ilə nəticələndi: 16 yaşlı idmançı dünyasını dəyişdi

Ajans.az xəbər verir ki,bu barədə RMC Sport məlumat yayıb. Hadisə sentyabrın 7-də ölkənin qərbində yerləşən Kurmon şəhərində baş verib. 17 yaşadək idmançılar arasında keçirilən yarış zamanı Sartis aparıcı qrupda iştirak edirdi. Gözlənilmədən idmançının ürəyi dayanıb, o yerə yıxılıb. Yarış ərazisindəki tibb işçiləri dərhal müdaxilə etsələr də, gənc velosipedçini xilas etmək mümkün olmayıb. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil. İnsidentdən sonra elə həmin gün keçirilməli olan böyüklər kateqoriyasındakı yarış ləğv edilib. Qeyd edək ki, bu, son illərdə ilk belə hadisə deyil. 2020-ci ildə rusiyalı velosipedçi Pavel Sveşnikov Moskva Qran Prisi zamanı yarışda huşunu itirərək döngədə yıxılmış və həyatını itirmişdi.

İdman aləmi və ictimaiyyət Noa Sartisin qəfil ölümü ilə bağlı dərin hüzn içindədir. Araşdırmalar davam edir.

Seçilən
0
Ajans.az

1Mənbələr