AZ

Zaqatalada 40 yaşlı şəxs körpüdən çaya YIXILIB

Zaqatalada körpüdən çaya yıxılan şəxs belə xilas edildi.

Tala çayı üzərindəki körpüdən yıxılan şəxsin xilas edilməsi məqsədi ilə FHN-in xilasediciləri cəlb olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala şəhər ərazisində bir nəfərin körpüdən çay kənarına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 

Hadisə yerinə FHN -in Zaqatala Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və çay mənbəyinə düşən şəxs xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.


İlkin tibbi yardım göstərilən 40 yaşlı Elçin İsayev müxtəlif dərəcəli bədən xəsarətləri aldığından o Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti kafidir. 

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
1
bizim.media

1Mənbələr