AZ

Müəllimlərin iş yerini dəyişməsində çətinliklər– Göygöldən narazılıq

Göygöl rayonunun ucqar kəndində illərdir müəllim işləyən vətəndaş sosial şəbəkədə təhsil sistemindəki problemlərlə bağlı narazılığını bildirib.

Azpost xəbər verir ki, həmin müəllim beş-altı ildir yaşayış yerindən qırx kilometr uzaqlıqdakı məktəbə gedib-gəlməli olur.

Onun sözlərinə görə, hər il iş yerini dəyişmək üçün imtahan versə də, yaşayış yerinə yaxın olan Göygöl, Samux və Gəncə məktəblərində fənn üzrə vakansiyalar göstərilmir. Müəllim iddia edir ki, həmin yerlərdə boşluqlar olsa da, direktorlar yerləri açıq elan etmirlər.

“Yenə əvvəlki illərdəki kimi məlum olur ki, vakansiyalar əl altında saxlanılır və yalnız tanışlıqla gətirilən şəxslər üçün açıqlanır. Hətta müəyyən məbləğ müqabilində vədlər verilir. Bəs biz necə olaq?” – deyə narazı vətəndaş sual edir.

Müəllimlər qeyd edirlər ki, bu vəziyyət həm təhsildə şəffaflığa, həm də onların sosial rifahına ciddi təsir göstərir. Yol məsafəsi, vaxt itkisi və əlavə xərclər pedaqoqlar üçün ağır yükə çevrilib.

AzPost.az

Seçilən
75
azpost.info

1Mənbələr