ain.az bildirir, Milli.az portalına istinadən.
Finlandiya Ukraynaya növbəti hərbi yardım paketi üzərində işləyir.
Milli.Az xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koştanın iştirakı ilə keçirilən birgə mətbuat konfransında danışıb.
O bildirib ki, indiyədək Ukraynaya 29 hərbi yardım paketi təqdim edilib və hazırda yeni yardım paketi hazırlanır. O əlavə edib:
"Biz həmçinin istəklilər koalisiyasının fəal üzvlərindən biriyik. Fikrimizcə, Avropa İttifaqı Rusiyanın təcavüzkar davranışına qarşı güclü mövqe nümayiş etdirib".
Asya
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.