AZ

İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı ilüzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədarTəşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Trend xəbərverir ki, sərəncama əsasən, 2026-cı il iyunun 16–19-da İslamİnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakışəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə TəşkilatKomitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirininmüavini

Təşkilat Komitəsi sədrinin müavini

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyatnaziri

Təşkilat Komitəsinin üzvləri:

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlərnaziri

Sahil Babayev - Azərbaycan Respublikasının maliyyə naziri

Adil Kərimli - Azərbaycan Respublikasının mədəniyyət naziri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladəhallar naziri

Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlərnaziri

Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf vənəqliyyat naziri

Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri

Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət GömrükKomitəsinin sədri

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətininrəisi

Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət MiqrasiyaXidmətinin rəisi

Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət TurizmAgentliyinin sədri

Taleh Kazımov - Azərbaycan Respublikası Mərkəzi Bankınınsədri

Samir Rzayev - “Azərbaycan Hava Yolları” Qapalı SəhmdarCəmiyyətinin prezidenti

Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.

Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindəntəmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişafBankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibiölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllikToplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”na uyğunolaraq, İllik Toplantıların təşkili və keçirilməsi ilə bağlıTədbirlər Planının hazırlanmasını və icrasını təmin etməli; İslamİnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarınınkeçirilməsi ilə əlaqədar digər zəruri məsələləri həlletməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İslam İnkişafBankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsiilə bağlı İslam İnkişaf Bankı Qrupu ilə əlaqələndirmə və TəşkilatKomitəsinin katibliyi funksiyalarını həyata keçirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti İslam İnkişaf BankıQrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi iləəlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlətbüdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təminetsin və digər zəruri məsələlərin həlli üçün tədbirlərgörməlidir.

İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllikToplantılarının Bakı şəhərində keçirilməsi barədə İslam İnkişafBankı Qrupunun Müdirlər Şurası tərəfindən 2025-ci il mayın 22-dəqərar qəbul edilmiş və bununla əlaqədar “Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan AzərbaycanRespublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasındaAzərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİBQrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçüntəminatlara dair Anlaşma Memorandumu” imzalanmışdır.

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının Bakışəhərində təşkili Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisiolmaqla yanaşı, ölkəmizin regional və beynəlxalq tərəfdaşlıqlarınınmöhkəmlənməsinə, İslam maliyyə institutları ilə əməkdaşlığıngenişlənməsinə, Azərbaycan Respublikasının iqtisadi və investisiyapotensialının tanıdılmasına müsbət töhfə verəcəkdir.

Seçilən
17
31
az.trend.az

10Mənbələr