AZ

Köçəryan məhkəmə qarşısında

Ermənistanın sabiq prezidenti Robert Köçəryan məhkəmə iclasında çıxış edərək barəsində irəli sürülən ittihamların əsassız və siyasi motivli olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Köçəryanın sözlərinə görə, ona qarşı hazırlanan ittiham aktı “siyasi ofisdə” tərtib olunub və “sənəddə bir sıra məntiqsiz məqamlar yer alıb”. O qeyd edib ki, ittihamlarda onun “istənilən halda hakimiyyət sistemini qorumağa və hakimiyyəti Serj Sarkisyana ötürməyə çalışdığı” iddia edilir. 

Köçəryan həmçinin bəyan edib ki, ittiham aktında Serj Sarkisyanın kimliyi ilə bağlı heç bir izah göstərilməyib.

Məhkəmə prosesində Köçəryan fövqəladə vəziyyətin tətbiqi və qoşunların Qarabağdan köçürülməsi ilə bağlı məsələlərin açıqlanmasını istəyib, lakin məhkəmə buna qarşı çıxaraq iclası qısa fasilədən sonra qapalı rejimdə davam etdirib.

Xatırladaq ki, 2008-ci ilin martında Ermənistanda prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarının zorakılıqla dağıdılması zamanı 10 nəfər həlak olmuş, onlarla insan yaralanmışdı. Həmin hadisələrin məsuliyyəti ilə bağlı mübahisələr bu gün də siyasi gündəmdə qalmaqdadır.

Musavat.com

Seçilən
42
musavat.com

1Mənbələr