Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.
Qaçqın və məcbur köçkün şagirdlərinə veriləcək məktəbli formalarının satın alınmasına sərf olunan vəsaitin həcmi açıqlanıb.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi "Bakı Tikiş Evi", "Gill Med" və "Esen Tekstil" şirkətləri ilə yeni müqavilələr bağlayıb.
Müqavilələrdə yeni məktəbli dəstlərinin, məktəbli üçün isti qış üst geyimlərinin (gödəkçələrin) satın alınması nəzərdə tutulur.
Belə ki, "Bakı Tikiş Evi" ilə bağlanılmış müqavilə 42-48 ölçüdə həm oğlan, həm də qız şagirdlər üçün məktəbli dəstlərinin satın alınmasını ehtiva edir. Burada alınan 8 000 dəst məktəbli formasının maliyyə dəyəri 226 560 manat müəyyənləşib.
Eyni zamanda 42-48 ölçüdə həm oğlan, həm də qız şagirdlər üçün ümumilikdə 9000 ədəd gödəkçənin alqı-satqısına görə "Gill Med" şirkətinə 175 230 manat ödənilib. Bundan əlavə, İdarə daha bir qrup məktəbli dəstini "Esen Tekstil" şirkətindən alıb. Həmin dəstlərin sayı açıqlanmasa da, şirkətə 254 880 manat ödəniş olunub.
Belə ki, Dövlət Komitəsi qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz veriləcək məktəbli formalarına ümumilikdə 656 670 manat vəsait xərcləyib.
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.