“Qalatasaray” “Atalanta”nın hücumçusu Ademola Lukmanla danışıqlar aparır.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Okan Buruk 27 yaşlı futbolçunun transferində israrlıdır.
Yay transfer pəncərəsi sentyabrın 12-də bağlanacağı üçün tərəflər danışıqları davam etdirir. Lukmanla “İnter” də maraqlanır, amma onun “Qalatasaray”a keçidi gözlənilir.