AZ

Nepal toqquşmalarında ölənlərin sayı 14 nəfərə çatıb

Bakı. Trend:

Katmanduda (Nepal) etirazçılarla polis qüvvələri arasında başverən qanlı toqquşmalarda ölənlərin sayı 14 nəfərə çatıb.

Trend xəbər verirki, bu barədə “Nepal News” xəbər portalı məlumat yayıb.

Bundan əvvəl itki sayının 6 nəfər təşkil etdiyi bildirilirdi.Katmandu xəstəxanasına gün ərzində onlarla yaralı daxil olub.

Qeyd edək ki, sentyabrın 8-də Katmanduda parlament binasıqarşısında “Z nəslinin inqilabı” adı altında kütləvi etirazaksiyası keçirilib. KİV-in məlumatına əsasən, minlərlə nümayişçiötən həftə hökumətin ölkədə sosial şəbəkələr və messencerlərinməhdudlaşdırılması qərarına hiddət nümayiş etdirib.

Dinc başlayan aksiya iğtişaşlarla müşayiət olunub. Polisgözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, etirazçılarıdağıtmaq üçün atəş açılıb.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr