AZ

Ruben Rubinyan: Vaşinqton razılaşmaları regiona müsbət təsir göstərəcək – ÖZƏL

Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib ki, Vaşinqtonda əldə olunan razılaşmalar çox mühüm hadisədir və regionda, eləcə də onun hüdudlarından kənarda müsbət təsir göstərəcək. 

Olaylar.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib və İrəvanda optimist əhval-ruhiyyənin hökm sürdüyünü vurğulayıb.

Türkiyənin xüsusi nümayəndəsi ilə yaxın vaxtlarda baş tutacaq görüşdə sərhədlərin açılması məsələsinin müzakirə olunub-olunmayacağına dair suala cavabında Rubinyan qeyd edib ki, bütün proses ümumilikdə məhz buna və diplomatik münasibətlərin qurulmasına yönəlib.

Sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı razılaşmanın reallaşmaması barədə xatırlatmaya münasibət bildirən Rubinyan etiraf edib ki, bu razılaşma icra olunmayıb. "Bizim günahımız ucbatından deyil, amma ümid edirik ki, həyata keçiriləcək", - deyə o, əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
olaylar.az

1Mənbələr