Genetik məlumatın ötürülməsi mexanizmlərini kəşf etdiyinə görə tibb üzrə Nobel mükafatı alan ABŞ bioloqu Devid Baltimor 87 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.
Baltimor sentyabrın 6-da Massaçusets ştatının Vuds Xoul şəhərindəki evində vəfat edib. Onun həyat yoldaşı Elis Xuan deyib ki, onun ölümünün səbəbi bir neçə növ xərçəngin ağırlaşması olub.
Qeyd edək ki, Baltimor 1975-ci ildə 37 yaşı olanda Nobel mükafatını qazandıran bir kəşf edib. Belə ki, hüceyrələrdəki məlumatın əvvəllər yalnız DNT-dən RNT-yə və zülal sintezinə keçdiyi düşünülürdü. Amma Baltimor eksperimental olaraq sübut edib ki, informasiya əks istiqamətdə, yəni RNT-dən DNT-yə də ötürülə bilər.
Bu kəşfin açarı prosesi tərsinə çevirən əks transkriptaza adlı viral fermentin kəşfi idi. Baltimorun kəşfi fermentdən istifadə edən retroviruslar və viruslar (o cümlədən HİV) haqqında anlayışa gətirib çıxardı.