AZ

Azərbaycandan tranzit daşımalarda sürətli artım müşahidə olunur - Səfir Lu Mey

Bakı. Trend:

2025-ci ildə yeddi ay ərzində Azərbaycan ərazisindən Çindəngöndərilmiş 225 konteyner bloku keçib – bu ötən ilin analoji dövrüilə müqayisədə iki dəfə çoxdur. Proqnozlara görə, ilin sonuna kimionların sayı 400-ü ötəcək.

Trend xəbər verirki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu MeyBakıda keçirilən brifinqdə deyib.

Bu ilin əvvəlindən etibarən Pekin, eləcə də, Şansi, Quandun vəÇjetszyan əyalətlərindən Trans-Xəzər marşrutu ilə Azərbaycanüzərindən Avropaya yönələn Çin–Avropa qatarları uğurla yolasalınıb. “Sabah mən Çjetszyan əyalətindən Bakıya gələcək Çin–Avropayük qatarının qəbulu mərasimində iştirak edəcəyəm”, -deyə diplomatqeyd edib.

Onun sözlərinə görə, Çin tərəfi, həmçinin, “Bir kəmər, bir yol”təşəbbüsünün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə sürətləinteqrasiyasını fəal şəkildə təşviq edir ki, bu da Pekinlə Bakıarasında əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlaraçır.

Səfir əlavə edib ki, iki ölkə arasında ticarət-iqtisadiəməkdaşlıq sabit artım dinamikası nümayiş etdirir.

“Rəsmi statistika göstərir ki, cari ilin ilk yeddi ayında ÇinləAzərbaycan arasında ticarət dövriyyəsi 2,45 milyard dollara çatıbki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz çoxdur. İllikticarət dövriyyəsinin rekord səviyyəyə yüksələcəyi gözlənilir.Hazırda Çin Azərbaycanın ticarət tərəfdaşları arasında dördüncüyeri tutur və əsas idxal mənbəyidir”, - Lu Mey vurğulayıb.

Məqalədə:
Seçilən
35
az.trend.az

1Mənbələr