Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
İsmayıllı rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 7-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-ME-375 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın öncə “Mercedes” markalı, ardınca park edilmiş “VAZ-21099” markalı avtomobillə toqquşub. Daha sonra qəzalı maşın “Gəncə təndiri” adlı obyektə çırpılıb. Qəzaya səbəb “VAZ” sürücüsünün yolayrıcını keçmə qaydasını pozması olub. Hadisə zamanı hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib, “VAZ”ın sürücüsü yüngül bədən xəsarətləri alıb.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.